Disney


Join the forum, it's quick and easy

Disney
Disney
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Disney Channel Türkiye fan sitesi

Arama
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Selena Gomez & The Scene - Love You Like A Love Song
Ginnesin Rekordlar Kitabı EmptyÇarş. Ocak 16, 2013 12:20 pm tarafından Hadise

» Harry Styles hakkinda bir sey
Ginnesin Rekordlar Kitabı EmptySalı Ocak 01, 2013 7:37 am tarafından Jasmin

» Hi, our dear guests! Sevgili misafirlerimiz!
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:19 pm tarafından Hadise

» En sevdiğin grup hangisi?
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:18 pm tarafından Hadise

» Türkler dışında en sevdiğiniz millet hangisi?
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:16 pm tarafından Hadise

» Eğlenmek İçin Neyaparsınız?
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:14 pm tarafından Hadise

» İkinci dil olarak hangi dili öğrenmek kullanışlı, sizce? (ingilizce hariç)
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:13 pm tarafından Hadise

» Gta kodlari buyurun
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:11 pm tarafından Hadise

» Boooooooom...
Ginnesin Rekordlar Kitabı EmptyPerş. Ara. 20, 2012 3:10 pm tarafından Hadise

Mayıs 2024
PtsiSalıÇarş.Perş.CumaC.tesiPaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Takvim Takvim

En iyi yollayıcılar
Jasmin
Ginnesin Rekordlar Kitabı Vote_lcapGinnesin Rekordlar Kitabı Voting_barGinnesin Rekordlar Kitabı Vote_rcap 
Efsun Horan
Ginnesin Rekordlar Kitabı Vote_lcapGinnesin Rekordlar Kitabı Voting_barGinnesin Rekordlar Kitabı Vote_rcap 
Hadise
Ginnesin Rekordlar Kitabı Vote_lcapGinnesin Rekordlar Kitabı Voting_barGinnesin Rekordlar Kitabı Vote_rcap 
maykl
Ginnesin Rekordlar Kitabı Vote_lcapGinnesin Rekordlar Kitabı Voting_barGinnesin Rekordlar Kitabı Vote_rcap 

Anket

İkinci dil olarak hangi dili öğrenmek kullanışlı, sizce? (ingilizce hariç)

 
 
 
 
 
 
 
 
 
 

Sonuçları Gör


Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

Ginnesin Rekordlar Kitabı

2 posters

Aşağa gitmek  Mesaj [1 sayfadaki 1 sayfası]

1Ginnesin Rekordlar Kitabı Empty Ginnesin Rekordlar Kitabı Paz Kas. 18, 2012 12:40 pm

Jasmin

Jasmin
Admin
Admin

Ginnesin Rekordlar Kitabı (ing. The Guinness Book of Records) — insanlar tərəfindən göstərilən və təbiətdə qeydə alınan ən yüksək nəticələri ümumiləşdirən məcmuə. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunmuşdur.

"Ginness" pivə zavodunun direktoru Hyu Biver 4 may 1951-ci ildə tanışı ilə birlikdə ova çıxır. Ovda onların arasında qızılı cüllütün, yoxsa şotland tetra quşunun daha sürətlə uçması barədə mübahisə düşür. Həmin vaxt bu barədə soraq kitabı olmadığına görə, kimin haqlı olduğunu müəyyənləşdirmək mümkün olmur. Bundan sonra ser Hyu qərara alır ki, belə bir soraqça tərtib etdirsin. İdeyanı həyata keçirmək üçün o, bu işi Londonda məlumat agentliyi saxlayan Norris və Ross Makuirter qardaşlarına tapşırır.

1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanır və 1000 nüsxə pulsuz paylanır. Növbəti ilin avqust ayının 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlayır və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıraları tutur. 1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılır. Uzun illər kitabın hazırlanması Makuirterlərin əlində idi. Onlar qeyri-adi biliyə və yaddaşa sahib idilər. 1975-ci ildə Ross Makuirter irlandiyalı terrorçu tərəfindən öldürüldükdən sonra nəşriyyata 1995-ci ilədək onun qardaşı rəhbərlik edir.

1954-cü ildə birinci kitabın nəşri üçün pivə zavodunun sahibi tərəfindən "Guinness World Records Limited" şirkəti yaradılmışdı. Sonradan kitabın çap hüququ bir neçə dəfə satılmışdır.

1995-ci ildə kitabın konsepsiyası dəyişir. Yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilir. Albomun özü də rekorda imza atır. Hazırda "Ginnessin rekordlar kitabı" dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur. O, kitab ticarəti tarixində ən uğurlu kommersiya nəşriyyatıdır. 2003-cü ildə o 100 milyon tirajla satılır. Kitab sahibləri iddia edirlər ki, onlar müəlliflik hüququ ilə qorunan ən çox satılan kitabdır, ancaq bu həqiqətə uyğun deyildir.

Ginnes rekordçusu olmaq üçün ilk növbədə ciddi, həssas və diqqətli hazırlıq tələb olunur. İlk olaraq [Linkleri görebilmek için üye olun veya giriş yapın.] saytına müraciət edilir. Bunun üçün sayta daxil olduqdan sonra "Rekord Cəhdi Et" (ing. Make a Record Attempt) bölümünə girib, online müraciət ərizəsini doldurmaq lazımdır. Bu zaman həmin saytdan müraciət edən şəxsə parolla birlikdə elektron ünvan göndərilir. Daha sonra isə rekorda imza atmaq istəyən şəxs təşkilatın bir neçə qeydiyyat mərhələsindən keçir. Nəticədə saytdan ona içərisində Rekord Cəhdi Anlaşmasının öz əksini tapdığı bir məktub göndərilir. Bu anlaşmanı oxuduqdan sonra məktubda göstərilən qaydada imzalayıb, geri qaytarmaq lazımdır. Bu proses – imzalanan anlaşmanın və rekord təklifinin araşdırılması 4 həftə davam edir. Rekord cəhdi ilə bağlı mütəxəssislərlə məsləhətləşmək lazım gəlsə, müddət daha da uzana bilər.

Qərar verildikdən sonra rekorda imza atmaq istəyən şəxsə növbəti məktub göndərilir. Əgər müraciətə müsbət cavab verilsə, iddialı şəxs öz cəhdlərinə başlamalı, etdiyinin rekord olduğunu təsdiqləmək üçün bütün sübutlardan maksimum istifadə etməlidir. Yekunda bu sübutlar bir paketdə Londondakı Guinness World Records ofisinə göndərilməlidir. Ofisdə bu rekord məktubunun araşdırılması mərhələsi də 4 həftə davam edir. İddiaçı şəxsin cəhdi qaneedici olmadığı təqdirdə, ona bu barədə məktubla məlumat verilir. Əks halda, rekorda imza atan şəxsə bununla bağlı Sertifikat göndərilir.
Azərbaycanla bağlı rekordlar
28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olmuş, 400 nəfər isə xəsarət almışdır. Bu qəza "Ginnes Rekordlar Kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.
Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.
Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enmişdir.
2010-cu ilin sentyabrın 1-də Bakıda yerləşən bir flaqştok, Ginnesin Rekordlar Kitabının orqanizasiyasi dünyanın ən uca flaqştoku olduğunu bildi.

https://disney.darkbb.com

2Ginnesin Rekordlar Kitabı Empty Geri: Ginnesin Rekordlar Kitabı Çarş. Ara. 19, 2012 11:35 am

Hadise

Hadise
Çaylak
Çaylak

oraya girmek isterdim lol!

Sayfa başına dön  Mesaj [1 sayfadaki 1 sayfası]

Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz