Disney


Join the forum, it's quick and easy

Disney
Disney
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Disney Channel Türkiye fan sitesi

Arama
 
 

Sonuç :
 


Rechercher çıkıntı araştırma

En son konular
» Selena Gomez & The Scene - Love You Like A Love Song
Şəki üsyanı haqqında EmptyÇarş. Ocak 16, 2013 12:20 pm tarafından Hadise

» Harry Styles hakkinda bir sey
Şəki üsyanı haqqında EmptySalı Ocak 01, 2013 7:37 am tarafından Jasmin

» Hi, our dear guests! Sevgili misafirlerimiz!
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:19 pm tarafından Hadise

» En sevdiğin grup hangisi?
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:18 pm tarafından Hadise

» Türkler dışında en sevdiğiniz millet hangisi?
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:16 pm tarafından Hadise

» Eğlenmek İçin Neyaparsınız?
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:14 pm tarafından Hadise

» İkinci dil olarak hangi dili öğrenmek kullanışlı, sizce? (ingilizce hariç)
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:13 pm tarafından Hadise

» Gta kodlari buyurun
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:11 pm tarafından Hadise

» Boooooooom...
Şəki üsyanı haqqında EmptyPerş. Ara. 20, 2012 3:10 pm tarafından Hadise

Mayıs 2024
PtsiSalıÇarş.Perş.CumaC.tesiPaz
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Takvim Takvim

En iyi yollayıcılar
Jasmin
Şəki üsyanı haqqında Vote_lcapŞəki üsyanı haqqında Voting_barŞəki üsyanı haqqında Vote_rcap 
Efsun Horan
Şəki üsyanı haqqında Vote_lcapŞəki üsyanı haqqında Voting_barŞəki üsyanı haqqında Vote_rcap 
Hadise
Şəki üsyanı haqqında Vote_lcapŞəki üsyanı haqqında Voting_barŞəki üsyanı haqqında Vote_rcap 
maykl
Şəki üsyanı haqqında Vote_lcapŞəki üsyanı haqqında Voting_barŞəki üsyanı haqqında Vote_rcap 

Anket

İkinci dil olarak hangi dili öğrenmek kullanışlı, sizce? (ingilizce hariç)

 
 
 
 
 
 
 
 
 
 

Sonuçları Gör


Bağlı değilsiniz. Bağlanın ya da kayıt olun

Şəki üsyanı haqqında

2 posters

Aşağa gitmek  Mesaj [1 sayfadaki 1 sayfası]

1Şəki üsyanı haqqında Empty Şəki üsyanı haqqında C.tesi Ara. 01, 2012 3:17 pm

Jasmin

Jasmin
Admin
Admin

şsizlik və yoxsulluq səbəbiylə gənclərin xarici ölkələrə və paytaxta kütləvi köçü başlayanda İvanovka kəndi yeganə təsərrüfat idid ki, mənfəətlə işləyirdi və heç kəs bu kəndi tərk etmədi. Bu gün İvanovka kolxozu milyonlarla manat dövriyyəyə malik varlı təsərrüfatdır və bütün kənd əhalisini daimi işlə təmin edır. Bir neçə il əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova telekanalların birində canlı yayım zamanı Tovuz rayonundan bir nəfər qadın iki övladının ali təhsilli olduğu halda iş tapa bilmədiklərindən şikayətləndi. Deputat Bəxtiyar Sadıqovun qadına cavabı belə oldu: “İndi Sovet dövrü deyil ki, kənddə kolxozlar, sovxozlar ola və əhalini işlə təmin edə. Gedib özünüz başınızın çarəsinə baxın”. Kolxozun dəyərini onu itirdikdən sonra anlamışıq, ölkə iqtisadiyyatına 20 ildə sovxoz və kolxozların dağılmasından 100-150 milyard dollar zərər dəyəndən sonra başa düşmüşük ki, kənd yerində böyük təsərrüfatın varlığı nə demək imiş. Kolxozu özünü doğrultmamaqda, qeyri-məhsuldar olmaqda ittiham edən Manaflı kimilərin nəzərinə onu da çatdırım ki, bu gün fərdi kəndli təsərrüfatı ölkəsi olan Azərbaycan Sovet Azərbaycanının 30-40 il əvvəlki göstəricilərinə çata bilməmişdir; pambıqçılıq, çayçılıq, ipəkçilik, üzümçülük kimi ənənəvi sahələr isə tamamilə məhv edilmış vəziyyətdədir. 1931-ci ildə Sovet hökuməti Şəkidə ipək kombinatı tikib istifadəyə verdi. Öz təyinatına görə İttifaqda ikinciydi və 6 min Şəki sakininə daimi iş yeri təmin edirdi, hansıki bu gün tamamilə fəaliyyətini dayandırıb. 15-20 il əvvəl fərdi kəndli təsərrüfatını tərifləyib göylərə qaldıranlar və tələm-tələsik sovxoz və kolxozları dağıdıb özəlləşdirənlər indi bu gün əksinə, fərdi kəndli təsərrüfatının, xüsusilədə kiçik kəndli pay torpaqlarının özünü doğrultmadığını və kənd təsərrüfatını dirçəltmək üçün böyük kollektiv təsərrüfatların yaradılması zərurətini hökumət səviyyəsində etiraf etməkdədirlər. Səbəb odur ki, fərdi kəndli təsərrüfatları texnika, traktor, kombayn almaq, təsərrüfatda son texnologiyaları tətbiq edəcək qədər vəsaitə sahib olmadıqlarından pay torpaqları kustar üsullarla, primitiv metodlarla becərilir, növbəli əkin sistemi tətbiq olunmur, nəticədə torpaq gücdən düşür, şoran basır, məhsuldarlıq azalır. Fərdi kəndli təsərrüfatları bu problemləri həll etməyə qadir deyil. Məsələn, bu gün suvarılan əkin sahələrinin yarıdan çoxunda şoranlaşma gedir. 1 ha torpağın yuyulması, şorandan təmizlənməsi üçün ən azı 5-10 min manat vəsait lazlmdır və bu iş bir neçə ildən bir təkrar olunmalıdır. Kəndli şikayətlənir ki, o, fərdi təsərrüfatından bu qədər pul qazana bilmir və bu layihələri öz imkanına edə bilməz. Deməli ən elementar problemlərin həlli qarşısında fərdi təsərrüfat acizdir. Eyni proses 20-30-cu illərdə yaşandığından Sovet hökuməti çox duzgün olaraq iri kollektiv təsərrüfatlar yaradırdı. Bu gün isə mövcud rejim problemlərdən çıxış yolunu iri fermer təsərrüfatların yaradılmasında görür, hansıki bu tədricən torpaqların beş-on nəfər varlı fermerin əlində təmərküzləşməsi deməkdir və sosial baxımdan olduqca ədalətsiz yoldur, kəndlilərin tədricən pay torpaqlarından məhrum ediləcəkləri deməkdir. Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sözlərinə görə hökumət 2020-ci ilə kimi 210 min hektar ərazidə bir neçə iri fermer təsərrüfatı (özəl sektor üçün) yaratmağı hədəfləyir və bu ərazilərin şorandan təmizlənib əkin üçün tam yararlı standartlara çatdırılması üçün 2,2 milyard dollar dövlət vəsaitinin xərclənməsi nəzərdə tutulur. Əminliklə demək olar ki, bu məbləğ sonralar “inflyasiya” bəhanəsiylə 2-3 dəfə artırılacaq və bunula da hökumət milyardlarla dövlət vəsaiti hesabına bir neçə varlı oliqarx üçün fermer təsərrüfatları yaradacaqdır. Bundan əlavə bu ğün on minlərlə hektar torpaq oliqarxların nəzarətinə keçib. Haramı düzündə 80 min hektar ərazi bir tək Bəylərə (prezidentin mühafizə rəhbərinə) məxsusdur. Bir sözlə, iri oliqarxlar bütün vasitələrdən istifadə etməklə kəndlilərin pay torpaqlarını “udmaqda” davam edirlər. Amma nədənsə Manaflı kimilərini on minlərlə ailənin pay torpaqlarından məhrum olunması faktı qətiyyən narahat etmir, amma ümumxalq mülkiyyəti olan kolxozlar və sovxozlar ox olub bu kateqoriyadan olan adamların gözünə batırdı. Fərdi kənd təsərrüfatının bu günkü durğunluğu fonunda tarix bir daha sübut etdi ki, kolxozlar və sovxozların timsalında iri ictimai mülkiyyətə əsaslanan təsərrüfatların alternativi yoxdur. Təsadüfi deyil ki, bu gün hətta Türkmənistanda əkilən torpaqların yarısı kolxozlar və sovxozların balansında qalmaqdadır, amma bu modeli Manaflı xislətlilər dağıtdılar, “qazancımız” 100-150 milyard dollar iqtisadi zərər, kəndlərdə kütləvi işsizlik və yoxsulluq oldu. “Bolşevik istibdadı”, “çeka cəlladları”, “asmaq-kəsmək xislətinə sahib bolşevik rejimi”, “amansız represiya”; bu pafoslu sözləri Həbibulla Manaflı Sovet hakimiyyətini xarakterizə etmək üçün işlədir. Həm də bilirsiniz hansı hadisə ilə əlaqədar olaraq.? Nə var, nə var, 1931-ci ilin martında Sovet Məhkəməsi banditbaşı Bəhrambəy Nəbibəyovun qardaşları Hüseynbəy və Vahidbəy Nəbibəyovlara cəmi 3 il azadlıqdan məhrumetmə həbs cəzası verdiyi üçün. Həbibulla Manaflı bunu kütləvi represiya və qanunsuzluq hesab edir. Izah: Gərək sizlər Allahınıza şükür edəsiniz ki, Sovet hakimiyyəti belə banditləri məhkəmədə mühakimə edib, istintaq işi aparıb və günahları (qiyama yardım və yataqlıq etmə suçundan) sübuta yetrildikdən sonra çox cüzi, cəmi 3 il həbs cəzasına məhkum edib. Əgər bu faktı kimlərsə Sovet rejiminin tiranlığı, cəlladlığı kimi başa düşürsə, onda belələri üçün müəyyən müqayisələr aparmağı məsləhət görürük. Həbibulla Manaflının tərifləyib göylərə qaldırdığı 1918-20-ci illər inglis-müsavat işğalı zamanı müsavatçı bəylər görün üsyan rəhbərlərinin ailələri və üsyana yardım və yataqlıq edən kəndlilərə hansı cəzanı verirdilər. Qırmızı partizan hərəkatının rəhbəri Qatır Məmmədin anası Gülxanım, qardaşı Adil, əmiləri Aslan və Yusifəli də daxil olmaqla bütün ailə üzvləri 40 nəfərdən çox qohum əqrəbası müsavatçı bəylər Haqverdi ağa Adıgözəlbəyov və Quşbazoğlu tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, ailə namusuna toxunulmuşdur. Yenə 1919-cu ildə müsavatçı bəylər Şadıllı kəndinin 29 nəfər sakinini qırmızı partizanlara yemək verdikləri üçün ot tayasına dolduraraq diri-diri yandırmışdılar. Kommunist Əli Bayramovun başı müsavat jandarmları tərəfindən 1920-ci ilin martında kəsilmiş, heç bir məhkəmə və istintaq işi aparılmamışdır. Bu qəbildən minlərlə fakt sadalamaq olar. İndi necə olur, müsavatçı bəylərin məhkəməsiz, istintaqsız dinc kəndliləri ot tayasına doldurub diri-diri, həm də kütləvi halda yandırmalarına heç bir məhkəməsiz, hökmsüz insanları ən vəhşi metodlarla öldürmələrinə “demokratiya” deyirsiniz, Sovet hökuməti banditbaşılara cəmi 3 il həbs cəzası verdikdə bunu “istibdad”, “represiya” və s. və i. kimi qələmə verməyə çalışırsınız. Fikir verin, 1923-cü ildə “Ittihadi Islam” partiyası Göyçay qəzasında Sovet hakimiyyəti əleyhinə qanlı qəsd təşkil edir (türk Camal Paşanin rəhbərliyi ilə). Əməliyyat zamanı silahlı qəsdə rəhbərlik edənlərdən Əhməd Yüzbaşı (Qədir oğlu) çekistlər tərəfindən həbs edilir. Bilirsiniz bu banditbaşının cəzası nə olur? Cəmi 5 il həbs. Əhməd Yüzbaşının 70 yaşı olduğunu nəzərə alaraq Sovet məhkəməsi yüksək humanizm nümayiş etdirərək onun barəsində çıxarılmış ölm hökmünü 5 illik həbslə əvəz edir. Bundan başqa elə götürək 1930-cu il Şəki hadisələrini, qolçomaq qiyamının rəhbəri olmuş Molla Mustafa əvvəlcə qaçaraq Gürcüstan ərazisində gizlənir və burdan Türkiyəyə keçmək istəyərkən Sovet çekstləri tərəfindən həbs edilərək Bakıya gətirilir (1932). Amma qəribədir ki, Sovet məhkəməsi yüzlərlə insanın qətlində əli olan bu banditbaşını sadəcə olaraq Solovetsk adasına sürgün etməklə kifayətlənir (10 il) və bu quldurbaşı sürgündə Sovet çörəyi yeyib osmanlı ləhcəsiylə şerlər yazır və ayda bir dəfə ailəsiylə məktublaşırdıda. Və gələcəyə o qədər nikbin baxırdı ki, hətta 1937-ci ilin ortalarında ailəsinə yazdığı məktubda ədalətli Sovet məhkəməsinin onu əhv edəcəyinə inamını ifadə edirdi. Bəli kommunist fədailərin torpaq altda sümükləri cürüyəndə, quldurbaşı Molla Mustafa Solovetsk adasında şer yazıb əhv ediləcəyi günü gözləyirdi. 1956-cı ildə Bağırovun məhkəməsi zamanı ifadə verən Padarov Hacı Məhəmməd İbrahim oğlu bildirmişdir ki, ona məlum olmayan səbəblərdən ingilis-türk agenti Molla Mustafa hələ də yaşayır və ailəsiylə məktublaşır. Həbibulla Manaflı yazır ki, 1966-cı il avqustun 30-na aid olan 27 saylı qeyddə yazılıb: “Şeyxzadə Mustafa Məmməd oğlu 8.XII.1937-ci ildə güllələnib”. Və guya Padarov yalan ifadə verib. Lakin nəzərə alsaq ki, Padarov Azərbaycan SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin 1954-cü ilə qədər sədr müavini olub, onda respublikanın bu baş çekistinin ifadəsinə bu dərəcədə qeyri-ciddi münasibət bəsləmək olmaz. Beləki Molla Mustafa üçlər məhkəməsi tərəfindən 10 il sürgünə məhkum edilibsə, necə ola bilər ki, məhkəmə qərarı olmadan Molla Mustafa Şeyxzadə güllələnib. Onun güllələnməsi barədə ortada məhkəmə qərarı yoxdur (ən azından belə fakt məlum deyil).

Əlavə: Belə bir məsəl var, deyirlər iki şəxsin səhvi bağışlanmazdır, həkimin və müəllimin. Birincisinin səhvi insanı fiziki cəhətdən öldürür, ikincisinin səhvi isə insanı mənəvi şikəst edir. Xamelyon vicdanlı tarixçilərin əsərlərini, yazılarını oxuyanda mənim bu məsəlin həqiqiliyinə şübhəm qalmır. Məni bu yazını qələmə almağa vadar edən səbəb məktəb dərsliklərinin birində oxuduğum bu sətirlər oldu. “Gəncə qəzasının düzgün olmayaraq elliklə kollektivləşmə qəzası elan olunması burada kollektivləşməyə qarşı müqaviməti artırmışdı. 1930-cu ilin mart ayında qəzanın Bitdili kəndində yoxsullarla hökumət dairəsi arasında ciddi toqquşma baş vermiş, günahsız qanlar axmışdır”. Bəli, 81 il əvvəl Bitdili kəndində baş vermiş fırıldaq, anoloquna ancaq Mirzə Cəlilin “Ölülər” pyesində rast gəlinə bilən “şeyxnəsrullahlıq” nümunəsi - tariximizin bir rüsvayçılıq nümunəsi məktəblilərə Sovet hakimiyyətinə qarşı antisovet qiyamı, milli azadlıq hərəkatı kimi qələmə verilir. Guya 1930-cu ilin martında yoxsulların Sovet hökumətinə qarşı qiyamı baş verib, özü də Bitdili kəndində. Beləliklə Bitdili “imamı”nın zühuru: fırıldaq və həqiqətlər. 1930-cu ilin martında əvvəlcə bütün Bitdili kəndinə, sonra isə bütün Gəncə qəzasına və küll halında Azərbaycana belə bir xəbər yayıldı ki, Bitdili kəndinə “imam” zühr edib. Müxtəlif kəndlərdən, rayonlardan minlərlə insan sözügedən kəndə axın edir, “imamın” ruhunun zühr etdiyi iddia olunan evin ətrafına toplaşırdılar. Təbiiki mollalar heç kəsi içəri buraxmır və bununla da “imamın” zühuru məsələsi marağı daha da artırırdılar. Əslində bu ssenarinin səhnələşdirilməsinə illər öncə hazırlıqlar başlanmışdı. Bunun üçün xüsusi “oyunçular” seçilmiş, illərlə onların yaşadıqları bölgələrdə gözdən, əldən-ayaqdan şikəst olması rəyi formalaşdırmış və bu iş üçün seçilmiş şəxslər illərlə qoltuq ağacıyla, gözü bağlı gəzərək hər kəsi əlil olduqlarına inandırmışdılar. Nəhayət ssenarinin tamaşaya qoyulduğu an yetişir və əvvəlcədən hazırlanmış “kar” və “əlillər” meydanda öz yerlərini almışdılar. Pirin şeyxi molla Əmiraslan izdiham qarşısında çıxış edərək bildirirdi ki, “imamın ruhu şəfa vericidir, o möcüzə göstərmək kəramətinə sahibdir” və bunun sübutu kimi əvvəlcədən təyin olunmuş əlillər içəri buraxılır və az sonra onlar böyük sevinc və həyəcan içində qoltuqağaclarını ataraq, gözlərini açaraq qaçmağa, sevincdən atılıb düşməyə başlayırdılar və bu rolu o qədər ustalıqla oynayırdılar ki, minlərlə kütlə “imamın” möcüzəsindən vəcdə gəlir, allahuəkbər sədaları, insanların həyəcanlı qışqırtıları yüksəlirdi. Kütləvi psixoz vəziyyətindən istifadə edən kəndin varlı təbəqəsi hesab edilən qolçomaqlar, kolxoz quruluşunun əleyhdarı olan onların digər əlaltıları, mollalar toplaşan kütlə arasında antisovet propoqandası aparır, “imamın” zühurunun guya Sovet hakimiyyətinə “allahsız” rejimə qarşı hərəkətə keçmək üçün müqəddəs işarə olduğunu təbliğ edir, kolxozda işləməyə gedənlərin, kolxoz qurulmasında iştirak edənlərin allahın qəzəbinə düçar olacaqlarını söyləyir, əhalini kommunistlərə qarşı hərəkətə keçməyə təhrik edirdilər. Molla Əmiraslan insanları inandırmağa çalışırdı ki, “imamın” zühuruna qədər kolxozda işləmək günahdır. Məqsəd əhalinin kolxozlara qatılmasını, kolxozda iştirakını əngəlləmək idi. Dindar cildinə girmiş qaraguruh kütləni daha da qəzəbləndirmək, həyəcana gətirmək üçün hətta bir neçə kommunistin, komsomolçunun və kolxoz quruluşu fəalının qətlə yetirilməsini belə təşkil etmişdilər. Bizim qocaman müəllimlərimizdən, artıq vəfat etmiş Cəmil Əhmədli danışırdı ki, mollalar Sovet hakimiyyətinin fəalı kimi tanınan bir neçə şəxsi məqsədli surətdə al dillə “imamın” ruhunun olduğu otağa dəvət edir, sonra isə onlar qapıdan çıxarkən öz əlaltılarına göz vururlarmış ki, şəxs kafirdir “müqəddəs ruh” onu qəbul etmədi və elə oradaca həmin şəxsin kütlə tərəfindən daş qalaq edilərək öldürülməsini təşkil edirmişlər. Vəziyyətin getdikcə gərginləşdiyini nəzərə alan yerli Sovet hökuməti orqanları “imamın” zühur etdiyi iddia olunan evə reyd keçirirlər. Əhali arasında qarşıdurma yaratmamaq üçün əvvəlcə “pirin” ətrafinda toplanmış kütlə arasında izahat işi aparılır və yalnız bundan sora Gəncə Dairə Milis idarəsinin rəisi Rüstəm Əliyevlə, rayonda məsul işə ezam edilmiş çekist Əlövsət Məmmədov evə daxil olurlar. Qolçomaq və bir neçə dindar əbasına bürünmüş qaraguruhun səhnələşdirdiyi tamaşa tragikomik bir şəkildə başa çatır. Bir neçə dəqiqə sonra çekist Əlövsət Məmmədov əlində bir göyərçin onun ardınca isə milis rəisi Rüstəm Əliyev ağzı açıq bir sandıqla izdihamın qarşısına çıxırlar. Əlövsət Məmmədov əlindəki göyərçini göyə qaldıraraq kütləyə xitabən;-bax budur “Bitdili imamı” – deyir. Beləliklə məlum oldu ki, otağın mərkəzinə qoyularaq, içində imamın ruhunun zühur etdiyi iddia edilən sandıqdan bir göyərçin, bir ovuc dən və sudan başqa hec nə çıxmadı. “Bitdili imamı” mifi saxta sabun köpüyü kimi partlayıb dağıldı. Fırıldağın ifşa olunduğunu görən molla Əmiraslan qarışıqlıqdan istifadə edərək aradan çıxdı. O, cinayətkar əməllərini gizləndiyi Hacı Qəhrəmanlı pirində davam etdirməkdəydi. Bir neçə nəfərdən ibarət dəstə cinayətləri üçün olduqca orijinal metoddan istifadə edirlər. Dəstə üzvləri gündüzlər kəndlərdəki kommunistlərin, Sovet hakimiyyəti fəallarının, kolxoza üzv olanların evlərini müəyyənləşdirir, eləki gecə oldu Qızıl ordu formaları geyinərək nişan aldıları evlərə basqınlar təşkil edir, maddi əmlakı dağıdır, ot tayalarını yandırır, malqaranı tələf edir, arpa və buğda ehtiyatını çaya, kanala tökərək axıdır və böyük ziyançılıqlar törədirdilər. Müqavimət göstərənlər isə amansızlıqla qətlə yetirilirdilər. Bununlada cinayətkar dəsdə nəinki kommunistləri, Sovet hakimiyyəti fəallarını, onların ailələrini qorxu, xof altında saxlamaq istəyirdilər, hələ üstəlik basqınlara, qətllərə Qızıl ordu “forması” geyindirməklə əhalidə, xüsusilə də kommunistlərdə Sovet hökumətinə qarşı narazılıq və inamsızlıq təlqin edirdilər. Nəhayət bir müddət axtarışdan sonra, xoş bir təsadüf nəticəsində 4 nəfərlik cinayətkar qrup, elə Hacı Qəhrəmanlı Pirindəcə yaxalandılar. Pirdən silah sursatla yanaşı bir neçə qızıl əsgər forması da aşkarlanaraq götürüldü. Dəstəbaşı molla Əmiraslan milisə ifadəsində bütün bu hadisələri, o cümlədən “Bitdili imamının” zühuru fırıldağını yerli qolçomaqlarla əlbir Sovet hakimiyyətindən qisas almaq üçün təşkil etdiyini etiraf etmək məcburiyyətində qaldı. Onu da qeyd edək ki, molla Əmiraslanın qaynatası Fərəculla bəy rayonda tanınmış varlı qolçomaqlardan idi və kolxoz təsərrüfatının təşkili zamanı onun da minlərlə malqarası ümumxalq işi naminə müsadirə edilərək yeni yaradılan təsərrüfata daxil edilmişdi. Təbiiki var-dövlətini muzdurların, yoxsul kəndlilərin dərisindən şallaqla, qamçıyla çıxaran Fərəcullabəylər, molla Əmiraslanlar dənizdə bir damla idilər və fəhlə-kəndli hökumətiylə təklikdə bacara bəlməyəcəklərini yaxşı başa düşürdülər. Ona görə də geniş əhali kütləsini öz təxribatlarına cəlb etmək, əhalini Sovet hakimiyyətinə qarşı hərəkətə keçirmək üçün onların dini hisslərindən məharətlə istifadə edir, “Bitdili imamının zühuru” kimi fırıldaqlar uydururdular. Buna bənzər halar təkcə Azərbaycanda baş vermirdi, eyni dini fırıldaqlar Rusiyada, Ukraynada peyda olurdu. Kimlərsə bundan həm maddi, həm də siyasi mənfəət, maraq güdürdülər. Sözügedən dövrdə SSRİ-nin müxtəlif bölgələrində ruhanilərin, alimlərin və partiya-hökumət nümayəndələrinin iştirakıyla “müqəddəs” olduğu iddia edilən 58 məzara baxış keçirilmiş və çox trgikomik mənzərəylə qarşılaşılmışdı. Beləki Aleksandr-Svirisk monastırında qorunan 600 kq ağırlığındakı sarkofaqın içindən müqəddəs cənazə əvəzinə mumdan düzəldilmiş kukla, Suzdal şəhərindəki “Müqəddəs Yefrosinin” məzarından isə parçadan hazırlanmış müqəvva çıxmışdı. Elə düşünməyin ki, bunlar sıradan bəsit fırıldaq hadisələriydi, yox, bu hadisələr özləri də xarici saraylardan yüksələn çıxışların bizim dağlarda əks-sədasıydı. Təsadüfi deyil ki, elə həmən vaxtlarda qızıl-brilyantlarla bəzədilmiş kəcavəsində qulların çiynində gəzən Roma Papası Qərb ölkələrini “allahsız” Sovetlər ölkəsinə qarşı dəfələrlə müqəddəs səlib yürüşünə çağırmışdı. Yəni Sovetlərə qarşı müharibə dini pərdə altında aparılmalıydı. Roma Papasının fitvasını molla Əmiraslan kimi nökərlər bu yerlərdə bax belə icra edirdilər. Siz heç düşünürsünüzmü ki, yerli Sovet hökuməti qurumları “Bitdili imamı” fırıldağının üstünü vaxtında açmasaydılar nələr baş verəcəkdi? Əmin olun ki, bir neçə gün sonra molla Əmiraslan zühur etmiş “imamın” (əslində boş sandıqçaya qoyulmuş göyərçinin) adından bütün müsəlmanları Sovet hakimiyyətinə qarşı cihada çağıracaq və iddia edəcəkdi ki, guya allahdan buyruq belədir və “imam” bu hökmü insanlara bəyan etmək üçün zühur edib, göndərilib. Nələr baş verəcəkdi; minlərlə günahsız insan toqquşmalara təhrik olunacaq, bir yalanın güdazına gedəcəkdilər. Nə üçün? Onun üçün ki, Fərəcullabəylərin qoyun sürüsü kolxozdan alınıb yenidən onun özünə qaytarılsın. Deməli minlərlə insanın ölümü bir sürü qoyuna, beş-on ata-eşşəyə görə caiz hesab edilirdi. Bəli, molla Əmiraslanlar, qolçomaq Fərəcullabəylər öz xalqına, öz camaatına qoyunu-keçisi qədər də dəyər vermirdi. Vaxtilə öz qoyun sürüsünü, malqarasını minlərlə insanın həyatından daha qiymətli hesab edənlər bu gün bu millətə “azadlıq” aşiqləri, qəhrəman kimi təqdim olunurlar. Belələrindən bir soruşan lazımdır ki, fırıldaqçılıq nə zamandan qəhrəmanlıq olub və yaxud da bu fırıldaqlar üzərində quraşdırılan tarix elə “Bitdili imamı” kimi saxta və qısaömürlü olmayacaqmı? Axı atalar yaxşı deyiblər, yalan ayaq tutar, amma yeriməz. Ola bilsin ki sizin yalanlarınız bu 20 ildə ayaq tutub, amma çətin ki, yeriyə. Qeyd: Burada diqqət yetiriləsi əsas məqamlardan biri, molla Əmiraslanın və onun 3 nəfərlik dəstəsinin varlılara toxunmadan ancaq yoxsul kəndlilərə, kommunistlərin ailələrinə, Sovet hakimiyyəti, kolxoz quruluşu fəallarının evlərinə gecə vaxtı, həm də Qızıl əsgər paltarı geyərək təşkil etdikləri qanlı basqınlardır. Çünki tarixi ədəbiyyatlarda tez-tez belə ittihamlar səslənir ki, Qızıl ordu xalqa, hətta yoxsul ailələrə qarşı talan və zorakılıqlar edirdi. Moskvaya ünvanlanan bəzi dövlət sənədlərində bu kimi fikirlər var. Bu gün bu faktları əllərində bayraq edənlər Sovet hakimiyyəti haqqında işğalçı hökumət imici formalaşdırmağa çalışırlar. Molla Əmiraslanın və onun quldur dəstəsinin timsalında bir daha məlum olur ki, Qızıl ordunun ayagına yazılan qarət və cinayətlərin çoxu elə məhz əksinqilabi ünsürlər tərəfindən, həm də yoxsul əhalidə Sovet hökumətinə qarşı narazılıq yaratmaq məqsədiylə həyata keçirilmişdir. Unutmaq olmaz ki, molla Əmiraslan kimiləri tək deyildilər, əksinqilabçıların çoxlu sayda belə sabotaj, təxribat qrupları mövcud idi.

https://disney.darkbb.com

2Şəki üsyanı haqqında Empty Geri: Şəki üsyanı haqqında Perş. Ara. 20, 2012 10:28 am

Hadise

Hadise
Çaylak
Çaylak

Eh

Sayfa başına dön  Mesaj [1 sayfadaki 1 sayfası]

Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz